Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:05
Şair Vaqif Səmədoğlu Ziyalılar Forumuna niyə qoşulmaq istəmədiyinin səbəbini "Bizim yol" qəzetinə açıqlayıb.


- Ziyalılar Forumunda təmsil olunanlar ölkədəki korrupsiyaya, özbaşınalığa etiraz edirlər. Siz bəyəm, bunu istəmirsiniz?

- Mən də istəmirəm korrupsiya olsun. Məni ən çox da əsəbləşdirən budur. Amma korrupsiya təkcə bizdədir? Mən Avropa Şurası Parlament Assambleyasında təmsil olunmuşam. Orada şahidi olmuşam ki, dövlətlər korrupsiya ilə necə məşğul olur. Azərbaycandakı korrpusiyanın yüz dəfə artığını Avropada görmüşəm. Dövlətin dövləti necə şantaj etdiyini görmüşəm. Mən buna haqq qazandırmıram. Bizdə də artıq rüşvət məişətə girib. Mən bir komediyamda yazdım ki, uşaq atasına məktəb gündəliyini verərkən arasına pul qoyur.

- Ziyalılar Forumundan dəvət gəlsə, orada təmsil olunarsınız?

- Yox, olunmaram. Nəticəsi olmayacaq işin dalından getməyə dəyməz. Forumlar olur, danışılır. Ortada isə dəyişən heç nə yoxdur.

- Amma susqunluq da bir şey deyil.

- Mən susmuram. İndi qəzetinizə müsahibə verirəm. Bu susmaq deyil...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG