Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:27

Ölənlərdən birinin kimliyi müəyyənləşdirilib


İtaliyada batmış səyahət gəmisi - Costa Concordianın həlak olmuş 11 sərnişinindən birinin kimliyi müəyyənləşdirilib. Bu, Macarıstandan olan 38 yaşlı skripkaçıdır.

Batmış gəminin 26 sərnişini itkin düşmüş sayılır. Onlar əsasən Almaniya, Fransa və İtaliya vətəndaşlarıdır.

Gəmidə 4 mindən artıq sərnişin və ekipaj üzvü olubmuş. Gəmi yanvarın 13-də qəzaya uğramışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG