Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:36

Britaniya Suriyaya qarşı sanksiyaların kəskinləşdirilməsini istəyir


Böyük Britaniya Suriya rejiminə qarşı sanksiyaların tətbiqində səylərini artırmalıdır.

Bunu çərşənbə günü ölkənin baş naziri David Cameron deyib.

O həmçinin İranın Bashar Assad rejimini dəstəkləməsi barədə məlumatlar olduğunu deyib.

David Kameron xüsusilə İranın dəstəklədiyi Hizbullah qrupunu Suriyaya silah göndərməkdə ittiham edib.

Avropa Birliyi bazar ertəsi Suriyaya qarşı yeni sanksiyalar tətbiq edilməsini müzakirə edib.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi aksiyalar keçirilir.

BMT bu müddət ərzində 5 mindən çox adamın öldürüldüyünü deyir.
XS
SM
MD
LG