Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:47

İranda qız və oğlan şagirdlər üçün fərqli dərsliklər çap ediləcək


Universitetlərdə oğlanlarla qızların bir qrupda təhsil alması “pişiyin qabağına ət qoymaqdır”.

Bunu hələ 2009-cu İranın ali dini lideri Xameneyinin Tusi adına Texnologiya Universitetindəki nümayəndəsi Hüccətül-İslam Nəbiullah Fəzləli demişdi.

Daha sonra – keçən ilin avqustunda isə İranın Təhsil Nazirliyi orta məktəblərdə qızlarla oğlanların ayrı-ayrı siniflərdə təhsil alması qaydasını məktəbəqədərki təhsil müəssisələrinə də aid etdi.

İndi isə nazirlik daha bir qayda tətbiq edir: oğlan və qız şagirdlər üçün fərqli dərsliklər yazılmalıdır.

Təhsil naziri belə dərsliklərin tezliklə çap ediləcəyini bildirib.

Nazir Həmid Rza Hacıbabayi yanvarın 16-da Tehranda keçirdiyi mətbuat konfransında deyib ki, yeni qayda ölkənin təhsil sisteminə uyğundur, bir halda ki qız və oğlan şagirdlər ayrı-ayrı siniflərdə təhsil alırlar, onların dərsliyi də fərqli olmalıdır.

Nazir onu da deyib ki, gələn il ölkədə genişmiqyaslı təhsil islahatları həyata keçirilməyə başlayacaq.

Bu, təhsildə bütün sahələr, o cümlədən müəllimlər, siniflər, kitablar, tədris metodları və s. ilə bağlı olacaq.

Amma Hacıbabayi islahatın detallarını açıqlamayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG