Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:41

Avropa Birliyi İranın bəyanatını təkzib edib


Avroopa Birliyi İranın 6 tərəfli danışıqlara hazır olmasıyla bağlı İran xarici işlər nazirinin bəyanatını təkzib edib.

Birliyin xarici siyasət məsələləri üzrə rəsmisi Catherine Ashtonun mətbuat katibi bildirib ki,
Tehran hələ ki, danışıqların bərpasıyla bağlı oktyabrda ona göndərilmiş məktuba cavab verməyib.

İranın xarici işlər naziri Ali Akbar Salehi bundan əvvəl Ankarada bildirib ki, Tehran Avropa
Birliyinin nümayəndələrilə danışıqlara hazırlıq məsələsini müzakirə edir.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov da İranın danışıqlara hazır olduğunu və İran rəsmisinin bununla bağlı yaxın vaxtlarda Moskvaya gələcəyini demişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG