Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:43

«Teraktor Sazi» klubun Bakıda azarkeş klubu yaradılıb


Foto: Ann.az
Foto: Ann.az
Təbriz şəhərinin futbol klubu olan və İran çempionatında oynayan «Teraktor Sazi» klubun Bakıda azarkeş klubu yaradılıb.
Fan klubun mətbuat xidmətindən Ann.az-a verilən məlumata görə, fan klubun əsas məqsədi «Teraktor Sazi»nin oyunlarının Bakıda yayımını təşkil etmək, kluba azərkeş dəstəyi göstərmək və onu Azərbaycanda tanıtmaqdır.
Fan klub ilk iş olaraq klubun şərflərini hazırlayıb. Üzərində Təbriz, Azərbaycan, «Traxtor» yazılan şərflər həm fan klubunun üzvləri üçün, həm də satış məqsədi ilə çap edilib.
Yaxın vaxtlarda fan klubun təqdimatı üçün Bakıda geniş təqdimat keçiriləcək.
XS
SM
MD
LG