Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:29

Rusiya rəsmisi İranın danışıqlara hazır olduğunu deyir


Tehran özünün nüvə proqramıyla bağlı 6 tərəfli danışıqları bərpa etməyə hazırdır.

Bunu Moskvada keçirdiyi mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə İran təhlükəsizlik şurasının sədr müavini bu məsələni müzakirə etmək üçün yaxın vaxtlarda Moskvaya gələcək.

Lavrov həmçinin qeyd edib ki, İrana qarşı tətbiq edilən sanksiyalar nüvə silahlarının yayılmamasına yox, İran iqtisadiyyatının boğulmasına yönəlib.

Rusiyanın Suriyaya silah satmasına gəldikdə isə Lavrov bunun beynəlxalq qanunlar çərçivəsində həyata keçirildiyini deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG