Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:17
İstiqlaliyyət küçəsində yerləşən “Akademkitab” mağazası yarı bölünüb, kiçik bir sahəyə sıxışdırılıb.

Arakəsmə rolunu da elə kitablar oynayır. Yəni həmişə bakılıların və Bakının qonaqlarının həvəslə gəzdikləri geniş mağaza əməlli-başlı kiçilib.

Ən maraqlısı, mağaza əvvəlki sahəsindən kitab rəfləri vasitəsilə ayrılıb.

Mağazanın işçiləri “Niyə kitab dükanı yarıya bölünüb” –sualını adlarının çəkilməsini istəmədən “Bizlik deyil, deyirlər satılb, həm də yuxarı səviyyədə”—deyə cavablandırdılar.

İşçilərdən əlavə məlumat almaq cəhdimiz puça çıxdı.

Onların çəkindikləri açıq-aydın hiss olunurdu.

“Akademkitab”ın direktoru Əliağa Cəfərov AzadlıqRadiosunun sorğusuna mağazanın hələ də onlarda olduğunu, sadəcə təmirə dayandığı üçün ortadan bölündüyünü söylədi.

Əliağa müəllimə mağazanın satılmasıyla bağlı çıxan xəbərləri xatırlatdıqda. belə cavab verdi:

“Yox, hələ konkret heç nə yoxdur. Məsələ söhbət səviyyəsindədir” (?!)

Xatırladaq ki, “Akademkitab” 1956-cı ildən SSRİ EA-nın Rəyasət Heyəti tərəfindən yaradılıb.

“Nauka” nəşriyyatının dayaq nöqtəsi kimi fəaliyyət göstərib.

1982-ci ildə kiçik və darısqal sahədən daha geniş sahəyə köçürülüb.

SSRİ dağılandan sonra—1991-ci ildə “Akademkitab” AMEA-nın tabeçiliyinə verilib.

1997-ci ildən AMEA-da yaradılan elm, redaksiya, nəşriyyat və poliqrafiya mərkəzinin tərkibinə qatılıb.

2009-cu ildə isə İstiqlaliyyət küçəsi, 8 ünvanında Əlyazmalar İnstitutunun
binasında “Akademkitab”ın daha bir satış nöqtəsi fəaliyyətə başlayıb.

İndi yarımcan vəziyyətdə olan İstiqlaliyyət küçəsi 51-də yerləşən kitab mağazasıdır.

Mövzuya qayıdacağıq. Saytımızı izləyin.
XS
SM
MD
LG