Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:51

20 yanvarda hava soyuq və küləkli olacaq, qar yağacaq


Bakı və Abşeron yarımadasında yanvarın 19-da hava şəraitinin soyuq, küləkli keçəcəyi, axşam yağıntılı olacağı gözlənilir. Gecəyə doğru bəzi yerlərdə yağışın sulu qarla qarışıq yağması ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Gecə və gündüz 1-4 dərəcə isti olacaq.

Yanvarın 20-də hava şəraiti soyuq, güclü küləkli olacaq. Arabir yağıntılı olacağı gözlənilir. Sulu qar, bəzi yerlərdə qar yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə və gündüz 1-3 dərəcə isti, gecəyə doğru 0 dərəcəyə yaxın olacağı proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında yanvarın 19-da arabir yağıntılı olacaq, bəzi yerlərdə sulu qar, qar yağacaq. Arabir güclənən qərb küləyi əsəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 5-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

Yanvarın 20-də bölgələrdə arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacaq.
XS
SM
MD
LG