Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:36

20 Yanvara görə Şamaxıda Kommunist Partiyasından kütləvi imtina [VIDEO]


20 Yanvar günlərində Şamaxıda partiya biletlərinin cırılması
Gözlə

No media source currently available

0:00 0:04:00 0:00

1990-cı il yanvarın 22-də Şamaxı şəhərində keçirilən mitinqdə rayon sakinləri kütləvi şəkildə Kommunist partiyasın vəsiqələrindən imtina edərək etirazlarını bildirdilər

Mitinqdə çıxış edənlərin bir çoxu baş verən faciədə kommunist partiyasını günahlandırır və bu partiyanın sıralarından çıxdıqlarını bildirərək, üzvlük vəsiqələrini ayaqlar altına atırdılar.

Bu matəm mitinqi 1990-ci il yanvarın 22-də “20 yanvar” faciəsində həlak olanların üç mərasimi ilə bağlı Şamaxı şəhərində keçirilib. Mitinqin aparıcısı AXC Şamaxı təşkilatının sədri Əli Məmmədov idi.

Mitinqdə çıxış edənlərin bir çoxu baş verən faciədə kommunist partiyasını günahlandırır və bu partiyanın sıralarından çıxdıqlarını bildirərək, üzvlük vəsiqələrini ayaqlar altına atırdılar. Yerli hakimiyyət orqanlarına böyük inamsızlıq yaranmışdı və onlardan heç kim bu aksiyada iştirak etmirdi.

Sovet hərbiçilərinin paytaxt Bakıda törətdiyi qırğında Şamaxı rayonundan da 2 nəfər həlak olmuşdu. Mitinqdə isə tək bu 2 nəfərə görə yox, Azərbaycanın azadlığı uğrunda canından keçən bütün insanlar üçün göz yaşı axıdılırdı...
XS
SM
MD
LG