Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:10

«Wikipedia»nın ingiliscə səhifələri bağlandı


Wikipedia
Wikipedia
İngilisdilli «Wikipedia» yanvarın 18-də birgünlük bağlanıb.

«Wikipedia»nın yaradıcılarından biri Jimmy Wales deyib ki, buna səbəb ABŞ Konqresində müzakirə olunacaq qanun layihəsidir. Layihəyə əsasən, internetdə müəlliflik hüquqlarının qorunması və saxta məhsulların satışı ilə mübarizə aparmaq üçün ABŞ hüquq-mühafizə orqanlarının səlahiyyəti artırılacaq.

«Twitter» sosial şəbəkəsində «Tələbələrə xəbərdarlıq! Ev tapşırıqlarınızı erkən yerinə yetirin. «Wikipedia» yanvarın 18-də pis qanunlara etiraz edəcək!» ismarışını yerləşdirən Jimmy Wales'in fikrincə, qanun layihəsi qəbul olunarsa, bu, internetdə senzuranı artıracaq.

«Twitter», «Facebook», «Google», «Yahoo!», «LinkedIn», «eBay» və «Mozilla» korporasiyaları da qanun layihəsinə etirazını bildirib.

«Wikipedia»nın ingilis versiyasını hər gün 25 milyondan çox internet istifadəçisi ziyarət edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG