Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:25

"Amerikanın səsi" radiosunun keçmiş əməkdaşı öldürülüb


Pakistanın Reşavar şəhərində naməlum silahlı şəxslər jurnlaist Mukarram Khan Atifi öldürüblər. Mukarram Khan Atif Amerikanın səsi radiosunun Pashto dilli Deewa Radiosunda və ölkənin urdu dilli özəl Dünya televiziya kanalında işləyib.

Deewa Radiosunun redaktoru Nafees Takkar AzadlıqRadiosunun Marşal radiosuna deyib ki, Mukarram Khan Atifə evinin yaxınlığında hücum edilib.

Məsuliyyəti Taliban öz üzərinə götürüb. Talibandan bildirilib ki, onlar dəfələrlə Mukarramdən Taliban əleyhinə reportajlar hazırlamağa son qoymağı tələb edib.

"Amerikanın səsi" radiosunun Cənubi Asiya üzrə direktoru Spozhmai Maiwandi AzadlıqRadiosuna göndərdiyi elektron məktubda yazıb ki, Deewa radiosunun qaynar nöqtədə işləyən əməkdaşlarının çoxu daim extremist qüvvələr tərəfindən hədələnir: "Mən onlar və onların ailəsi üçün qorxuram", - o, yazıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG