Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:18

İtaliyada qəzaya uğrayan gəminin kapitanı ev dustağı edilib


Qayalara çırpılan İtaliya gəmisinin kapitanı azadlığa buraxılsa da, ev dustağı edilib. Kapitan Francesco Schettino insan ölümünə və gəmisini tərk etməyə görə başlanmış istintaqa cəlb olunub.

Yanvarın 13-də dənizdə kruiz gəmisi batmağa başlayıb. Qəzada 11 adamın öldüyü deyilir, 20-dən çox adam axtarışdadır.

Francesco Schettinonun vəkili deyib ki, o, 4200 sərnişini daşıyan və qayalara dəyəndən sonra korpusu dağılan gəmini tərk etməsi ilə bağlı ittihamı rədd edir.

İtaliya mətbuatı isə dəniz sahil mühafizəçilərinin qəzadan sonra kapitana xilasetmə qayığını tərk edib öz gəmisinə qayıtmasını dəfələrlə göstəriş verməsinin əks olunduğu qeydləri yayımlayıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG