Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:16

Barak Obama: "Suriya hakimiyyətinə təzyiq üçün diplomatik səylərə davam edəcəyik"


Barak Obama Suriya hakimiyyətini yeni qurbanlara görə ittiham edib. Suriya ölkə hakimiyyətinə qarşı etirazlar səngimək bilmir, prezident Bashar al-Assad rejimi isə aksiyaları zorakı yolla dağıdır.

ABŞ prezidenti Barak Obama Suriya hakimiyyətini yeni qurbanlara görə ittiham edib. Suriya ölkə hakimiyyətinə qarşı etirazlar səngimək bilmir, prezident Bashar al-Assad rejimi isə aksiyaları zorakı yolla dağıdır.

Obama Ağ Evdə İordaniya kralı Abdulla ilə danışıqlardan sonra bildirib ki, ABŞ Bashar al-Assadin hakimiyyəti tərk etməsinə təzyiq etmək üçün diplomatik səyləri gücləndirir:

- Təəssüf ki, biz ölkədə zorakılığın xoşagəlməz səviyyədə davam etdiyini görürük. Ona görə də biz Suriyada hazırkı rehimi hakimiyyətdən uzaqlaşdırmaq və ölkə daxilində demokratik sistemə keçidə nail olmaq üçün beynəlxalq diplomatik təzyiqlər edilməsi ilə bağlı İordaniya ilə məsləhətləşmələrə davam edəcəyik.

Bu ərəfədə BMT-nin Təhlükəsizlik Şurası Rusiyanın Suriyada zorakılıqlara son qoyulması ilə bağlı təqdim etdiyi qərar layihəsini müzakirə edir.

Suriyanın əsas müttəfiqlərindən olan Rusiyanın təqdim etdiyi layihədə Bashar al-Assad hökuməti zorakılığa son qoymağa və məhbusları azad etməyə çağırılır.

Rusiya Suriyaya xarici müdaxiləni istisna edir.
XS
SM
MD
LG