Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:40

İlham Əliyev Xocalı qırğınının 20 illiyi ilə bağlı sərəncam verdi


Azərbaycan prezidenti İlham Əliyev Xocalı qırğınının iyirminci ildönümü haqqında sərəncam imzalayıb.

Sərəncamda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tapşırılıb ki, Xocalı soyqırımının iyirminci ildönümü ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirilməsini təmin etsin.

Bakı 1992-ci il fevralın 26-da Qarabağda Xocalı şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olunması zamanı çox sayda dinc sakinin qətlə yetirilməsini soyqırım kimi qiymətləndirir.

Azərbaycanda verilən rəsmi məlumata görə həmin hadisə zamanı Xocalının 2500 nəfər sakinindən 613 nəfəri qətlə yetirilib. Onların arasında uşaqlar və yaşlı insanlar da olub.
XS
SM
MD
LG