Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:10

Avropa Komissiyası Macarıstana xəbərdarlıq elədi


Avropa Komissiyası Mərkəzi bank, məlumatların qorunması və ədliyyə sistemi ilə bağlı son islahatlarına görə Macarıstana xüsusi xəbərdarlıq eləyib.

Avropa Komissiyasının prezidenti Jose Manuel Barroso deyib ki, Biz ümid edirdik ki, Macarıstan özü lazımi dəyişiklikləri edəcək və bizim belə addımlarımıza ehtiyac qalmayacaq.

Prosedura görə, Avropa Komissiyası Birliyin standartına uyğun gəlməyən qanunların dəyişdirilməsini üçün rəsmi tələb göndərir. Tələb diqqətə alınmasa həmin dövlət Avropa Məhkəməsinə verilir və sanksiyalar tətbiq olunur.

Macarıstanda Baş nazir Viktor Orbanı həm ölkə daxilindəki müxalifət, həm də beynəlxalq aləm hakimiyyəti əlində cəmləşdirmək üçün qanunları dəyişdirməkdə ittiham edir və Viktator adlandırırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG