Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 09:48

Erməni jurnalistin qətliylə bağlı məhkəmə qərarı açıqlandı


Bu gün 2007-ci ildə öldürülən erməni mənşəli türk jurnalist Hrant Dinkin işiylə bağlı məhkəmənin qərarı açıqlanıb.

Dink gündüz vaxtı türk-erməni dillərində çıxan Aqos qəzetinin redaksdiyasının girişində qətlə yetirilimişdi.

Dinkin öldürülməsinə görə ötən il 17 yaşlı bir gənc Ogun Samast 23 illik həbs cəzası alıb. Ancaq jurnalistin qorunmasını təşkil edə bilmədiyinə görə, Türkiyə hökuməti həm daxili, həm də beynəlxalq tənqidlərə mərzu qalandan sonra yeni işı açılmışdı.

Bugünkü məhkəmədə qətlin təşkilində günahlandırılan Yasin Hayal ömürlük həbs cəzası alıb. Dink cinayətində ittiham olunan digər şəxslərə isə bəraət verilib.

***
XS
SM
MD
LG