Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:59

İranda Barbie-ləri qadağan edirlər


Iranın əxlaq polisi Barbie gəlinciyinin satışını qadağan edir.

Dükan sahibləri Reutersə deyiblər ki, polisin fikrincə, Barbie kuklası islam dəyərlərini aşındırır.

Əslində İranın dini liderləri Barbieni hələ 1996-cı ildə anti-islam oyuncağı elan ediblər.
Ancaq bundan sonra da Barbie İranda sərbəst satılırdı.


Bazar ertəsindən isə polis dükanlara gəlib, Barbielərin olub-olmadığına nəzarət edir.

Barbie kuklalarını düzəldən ABŞ-ın Mattel şirkəti 2002-ci ildə İranın tələblərinə güzəştə gedərək İranda qadınların geyimlərinə qoyulan tələblərə cavab verən Sara kuklasını düzəltmişdi. Sara hətta İranda rəsmi xeyir-dua almışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG