Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:43

43 ölkə «Eurovision-2012»-da iştirak üçün müraciət edib


Arxiv foto
Arxiv foto
Bakıda keçiriləcək 57-ci “Eurovision” mahnı müsabiqəsində iştirak etmək üçün 43 ölkə müraciət edib. Bu haqda məlumat www.eurovision.tv saytında məlumat yerləşdirilib.

Müsabiqədə iştirak üçün müraciət edən ölkələr Albaniya, Ermənistan, Avstriya, Azərbaycan, Belarus, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Kipr, Danimarka, Estoniya, Finlandiya, Fransa, Makedoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İsrail, İtaliya, Latviya, Litva, Malta, Moldova, Monteneqro, Niderland, Norveç, Portuqaliya, Rumıniya, Rusiya, San-Marino, Serbiya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Türkiyə, Ukrayna, Böyük Britaniyadır.

Bu ölkələrdən İtaliya, Macarıstan və Avstriya müsabiqəyə ötən ildən qayıdıb. Son 3 ildə müsabiqədə iştirak etməyən Monteneqro da bu ilki yarışmaya qatılıb. Bununla da Eurovision Mahnı Müsabiqəsində iştirak edən ölkələrin sayı 2008 və 2011-ci illlərdəki rekordu təkrarlayıb.

Eurovison Mahni Müsabiqəsinin baş prodüsseri Jon Ola Sand bildirib ki, “2012-ci ildə müsabiqədə yenidən 40-dan artıq ölkənin iştirak etməsindən məmnunuq. Bu ölkələr may ayında Azərbaycanı və onun xalqını daha yaxından tanımaq və dünyanın ən möhtəşəm şousunun bir hissəsi olmaq üçün Bakıda toplaşacaq”.

Bu il Polşa müsabiqədə iştirak etməyəcək. “Polşanın bu ilki müsabiqədə iştirak etməməsi 2012-ci il futbol üzrə Avropa çempionatına ev sahibliyi etməsi ilə bağlı təşkilatçı yayımçı TVP-nin işinin gərginliyi ilə bağlıdır”.

Finalda 26 ölkə iştirak edəcək: “Böyük 5-lik” – Almaniya, İspaniya, Böyük Britaniya, Fransa, İtaliya, ötən ilin qalibi olan ölkə (Azərbaycan) və hər yarımfinalda ilk 10 yeri tutan 20 finalçı ölkə.

Müsabiqənin iştirakçısı olan bütün ölkələr (Azərbaycan və “Böyük Beşlik”dən başqa) iki yarımfinalda iştirak etməlidir, onlardan hər birində 10 iştirakçı seçiləcək. Səsvermə sistemi 50:50-dir (tamaşaçıların və münsiflərin səsverməsi).

Ölkələrin yarımfinallar üzrə bölgüsü yanvarın 25-26-da Bakıda keçiriləcək.

“Eurovision 2012” 57-ci müsabiqə olacaq. Azərbaycan 2011-ci ildə Almaniyanın Düsseldorf şəhərində “Ell & Nikki” duetinin “Running Scared” mahnısı ilə qalib gəlməsilə (finalda 221 bal) müsabiqəni keçirmək hüququ qazanıb.
XS
SM
MD
LG