Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:37
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) nəzdində yaradılan yeni ali məktəbə - Neft Məktəbinə bu il 60-100 tələbə qəbul ediləcək.
Bunu ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, ali məktəbə qəbul TQDK tərəfindən aparılacaq, hazırda məktəbin yaradılması ilə bağlı işlər sürətlə davam edir: «Mən özüm bununla bağlı ABŞ-da olmuşam, indi bizim mütəxəssislər Britaniyanın Aberdin Neft Universitetindədirlər. Biz dünya səviyyəli məktəb yaradacağıq və bu il məktəbə ilk tələbələr qəbul ediləcək».

ARDNŞ prezidentinin sözlərinə görə, Neft Məktəbinin binası hazır olanadək təhsil müəssisəsi müvəqqəti yerdə fəaliyyət göstərəcək: “İndi burda laboratoriyalar və dərs hissələri yaradılır. Paralel olaraq məktəbin layihəsi də hazırlanır - onun Bibiheybətdə inşa edilməsi nəzərdə tutulub. Burda Neft Məktəbi ilə yanaşı, kimya, fizika və riyaziyyat üzrə xüsusi istedadlı uşaqlar üçün orta məktəb də nəzərdə tutulub”.

R.Abdullayev qeyd edib ki, bu ilin sonunadək ARDNŞ magistraturaya da qəbul elan etmək niyyətindədir. Bu tələbələr həm xaricdə, həm də yeni Neft Məktəbində təhsil alacaq.

Qarşıdakı illərdə ARDNŞ-ın Azərbaycanda və xarici ölkələrdə iri layihələr həyata keçirəcəyini xatırladan R.Abdullayev kadrlara böyük ehtiyac olduğunu bildirərək, tələbələri Neft Şirkətində işləməyə dəvət edib : «Bütün universitet məzunlarına müraciət edirəm ki, bizim yaxşı mütəxəssislərə böyük ehtiyacımız var, gəlin bu müsabiqələrdə iştirak edin və bizim layihələrdə işləyin».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG