Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:50

Ən böyük Quranın çəkisi 500 kq-dır


Bu kitaba 5 il vaxt və 500 min dollar pul xərclənib

Əfqan kalliqrafları dünyada ən böyük Quranı köçürüb qurtarıblar. Kabul Mədəniyyət Mərkəzi məlumat verir ki, bu kitab Əfqanıstan Həcc və Dini İşlər Nazirliyi tərəfindən “dünyada ən böyük Quran” kimi qeydə alınıb.

Əfqan xəttatları bu Quranın ərsəyə gəlməsinə 5 il vaxt və yarım milyon dollar sərf ediblər. Müqəddəs kitabın səhfələrinin uzunluğu 2,28 metr, eni 1,55 metrdir. Quran 30 hissəyə bölünüb və bu bölmələrin hər biri müxtəlif dizaynla hazırlanıb.


Tələbə xəttatlar işi yekunlaşdırırlar
Tələbə xəttatlar işi yekunlaşdırırlar
500 kq ağırlığı olan bu kitab xəttat Mohammad Sabir Khedri və onun 9 tələbəsi tərəfindən hazırlanıb. Quran üzərində işlər 2004-cü ilin sentyabrında başlayıb. Kitabın yazılması 2009-cu lin sonunda başa çatsa da, son 2 ildə onun dizayn işləri tamamlanıb.

Bundan əvvəl "dünyanın ən böyük Quranı titulu" Tatarıstanda saxlanılan nümunəyə aid idi. Onun ölçüləri 1,5 metr x 2 metr təşkil edirdi.
XS
SM
MD
LG