Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:20

Ərəb qadınları kişilərlə yanaşı işləyəcək


Hələlik qadın paltarlarını kişilər satır

Hələlik qadın paltarlarını kişilər satır

Əxlaq Komissiyasının yeni sədri "Bu, İslama zidd deyil" deyir

Səudiyyə Ərəbəstanı kralı Abdulla yerli Əxlaq Komissiyasının başçısını dəyişib. Köhnə konservativ baxışlı rəhbərin yerinə daha liberal, qadın hüquqlarının genişləndirilməsinin tərəfdarı olan bir şəxs – şeyx Al-Şeyx Abdulatif təyin olunub.

Yeni gələn başçı dərhal bəyanat verib ki, İslam ictimai yerlərdə qadınlar və kişilərin ayrı-ayrı olmasını tələb etmir. Odur ki, Səudiyyə cəmiyyətində qadınların ictimai yerlərdə işləməsi istisna olunmur.

Bu təyinat kral Abdullanın həyata keçirdiyi sosial islahatlara aiddir. Bundan əvvəl kral qadınlara seçmək hüququ vermişdi.

Ötən həftə isə qadınlar üçün yeni iş yerləri barədə kral qərarı qüvvəyə minib. Belə ki, bundan sona ərəb qadınları alt paltarları, kosmetika satışına cəlb olunacaqlar. Bu dəyişiklik 7300 ticarət mərkəzini əhatə edəcək və qadınlar üçün 40 min iş yerinin yaranması ilə nəticələnəcək.

Hələlik, Səudiyyə Ərəbistanında xanımların idarəetmədə iştirakına icazə verilmir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG