Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:20

Bakıda qısametrajlı filmlər festivalı olacaq


Yanvarın 27-də saat 19:00-da «Üns» teatrında «FutureShorst» qısa filmlər festivalı keçiriləcək. Festivalın təşkilatçısı «Yarat! Contemporary Art Space» şirkətidir.

Festival Azərbaycanda ilk dəfə keçiriləcək.

Bakı festivalının proqramına ən yaxşı qısametrajlı film kimi «Oskar» alan «Sevgi Allahı», Berlin kinofestivalının «Qızıl ayı» mükafatçısı «Dünənkindən daha dərin» filmləri, həmçinin «stop-motion» texnikası əsasında yaradılan, porolon və kağızdan ibarət 9 dəqiqəlik «Olen İqlman» animasiyası daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG