Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:54

Müsavat Əl Oyunları Sarayını istədi


Müsavat Partiyası qurultaya yer ayrılması üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib.

Başqan müavini Gülağa Aslanlı «Media forum» saytına açıqlamasında deyib ki, yanvarın 17-də paytaxt meriyasına göndərdikləri məktubda qurultayın Əl Oyunları Sarayında keçirilməsinə icazə verilməsini istəyiblər:

«Əl Oyunları Sarayı Bakı şəhər İcra Hakimiyyətinin balansındadır. Eyni zamanda qeyd etmişik ki, icra hakimiyyəti 800-1000 nəfər insan tutan yerlər təklif etsə, bunları müzakirə etməyə hazırıq. Çünki qurultaya 700 nümayəndə seçiləcək. Qonaqlarla, jurnalistlərlə birlikdə tədbirdə 800-1000 nəfərin iştirakını planlaşdırırıq».

Müsavat Partiyasının qurultayı martın 3-4-də keçiriləcək.
XS
SM
MD
LG