Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:11
Salam Sarvan


KEÇƏL HƏSƏN VƏ HƏSƏN KEÇƏL - II


Çox istidi. «Ürəyimin qanıyla yazıram» deyən şairlərimiz keçsin günahımdan, mən bu saat bu yazını kürəyimin təriylə yazıram.

Tərslikdən biz tərəfdə suyun gəlməməyi (saatnandı) və suyun getməməyi (zirzəmilərdə il boyu boğazacandı) eyni problem.

Xalqımızınkı suynan heç gətirməyib. Tanrı bu odlar yurdunun üstünə tökməyə su yox, neft göndərmiş.

Göndərdiyi su da nədi ki?!.. Seldi ki, Sarasını apardı. Kürdü ki, dəlinin biri. Xəzərdi ki, statusu sual altında. Arazdı ki, vətəni iki yerə nətəhər bölübsə, sinədəftər və sinəmedal şairlərimiz də quruda bilmədilər.

Nədənsə, neftin fantan vurduğu ölkələrdə su ən ciddi problemlərdən biri. Yerlərdə su çəkdirmək belə ölkələrdə deputatlığa namizədlərin ən dəbdə olan vədi.

20 il qabaq Hələbin hava limanında həyətdəki su kranının qıfılnan bağlandığını

İndiki vəziyyəti həm də ekzistensial vakuum hesab eləmək mümkün. Heyvanlardan fərqli olaraq instinktlər Azərbaycan insanına diktə eləmir ki, ona nə lazımdı. Keçmiş zamanlardan fərqli olaraq ənənələr də diktə eləmir ki, o nə etməyə borcludu. Nə lazım olduğunu və nə etməli olduğunu bilmədiyindən Azərbaycan insanı bu barədəki təsəvvürünü də itirmiş ki, o nə istəyir.

şəxsən görmüşəm. Həə, sən öl, orda bizə bir stəkan adi suyu krandan beş dollara satdılar.

Şərq poeziyasında göz yaşlarının bol olması təsadüfi deyil ki. Məişətdəki adi su problemi ədəbiyyata sirayət etməliydi, edib də.

Neftin fantan vurduğu ölkələrin özünəməxsus maye fəlsəfəsi var: belə yerlərin adamları çayxor, sulu qəlyana meylli, özgəsinə quyuqazan olurlar.

Neft VIŞKALARI ilə məscid MİNARƏLƏRİNİN eyni hündürlükdə olmasında qəti bir qanunauyğunluq.

Ancaq Türkiyədə neft yox. Yəqin ondandı ki, Sibel Can ölmüş atasının xatirəsinə iki məktəb açıb və orada oxuyan uşaqların bütün xərclərini şəxsən ödəyir.

Bizimkilərsə ölənlərinin xatirəsinə uzaqbaşı bulaq açarlar, bir kran bağlayıb yanından löhvə asarlar. Və bir qayda olaraq o kranlardan su gəlməz.

***

«Şouşenkodan qaçış» filminin qəhrəmanı bütün dustaq həyatını «bayıra» lağım atmaq kimi çətin bir işə həsr eləmişdi.

D. bütün dustaq həyatını şahmatı öyrənmək kimi «mənasız» bir məşğuliyyətlə keçirmişdi ki, azadlığa çıxanda çempion olsun.

Bunların hər birinin arxasında zəhmət, məşəqqət, sarsıntı dayanır. Sual isə çox sadə: azadlıq özü – onun uğrunda bu boyda əziyyətə və riskə dəyərmi?

Bax da, idmançi finiş xəttini tez keçmək üçün illərlə məşq eləyir, xəttin o tərəfindəsə elə əvvəlki adi həyatı.

Azadlıq uğrunda mübarizələr yalnız estetik elementləriylə maraqlı. Tarixdəki müharibələrdən döyüş taktikalarını çıxsan, yerdə çox az şey qalar.

Elə bizim özümüzün azadlıq uğrunda mübarizəmiz də şəhidlər xiyabanındakı mərmər kompleksin gözəlliyindən başqa heç bir məna kəsb eləmir.

Elə «Şouşenkodan qaçış» filminin qəhramanı da məhbəs kamerasından azadlığa atdığı lağımı gözəl bir xanımın portreti arxasında gizlətmişdi.

Elə Spartak üsyanı da nəticədə qulların xaç şəklində dirəklərə simmetrik mismarlanmasıyla daha maraqlı…

D. türmədə şahmatı kamerasındakı dama-dama adyalın üstündə çörəkdən qayırdığı fiqurlarla oynayırdı. Sonra fiqurları və adyalı müsadirə elədilər. Ancaq D. bundan sonra da sevimli oyununu oynamaqda davam elədi. Sadəcə, bundan sonra şahmat taxtasını kameranın dama-dama barmaqlığı əvəz eləyirdi. Fiqurlar isə xəyaliydi.


***

Dizayn baxımından metro vaqonları nevroz zəminli. Oturacaqlar elə qurulub ki, adamlarla üz-üzə qalmağa məhkumsan. Adamlarınsa üzündə yalnız mənfi enerji ötürən rəngarəng cizgilər – ağrıdan fırıldağadək.


Bunu sənə qətiyyətlə deyirəm. Ki, həmvətənlərimiz bir-birinə səmimi qəlbdən nifrət eləyirlər.

Heç fərqi yox, əslində, üz-üzə olduğumuz bütün hallar və pozalar qarşıdurma effektli.

Bir birimizlə üz-arxaya oturduğumuz «marşrutkalar» daha yaxşı. Nədən ki, adamlarımız boyunlarının dalından zərərsiz görünürlər.

Bilirsənmi niyə məhz mitinqlərdə xalqımız həmrəy, səmimi, mehriban görünür? Ona görə ki, belə yerlərdə adamlar üz-arxaya dayanır və bir-birilərinin sifətini görmürlər.

***

“Keçəllərimiz” musiqi görməmişidi. Onları hər yerə – seçki kampaniyalarından tutmuş təsərrüfat müşavirələrinəcən – musiqiylə aldadıb aparırlar.

Vətənimizdə kəşflər də yalnız musiqi alətlərinin üzərində edilməkdə. Elə bu yaxınlarda bir «dahinin» kamançaya iki sim əlavə eləməklə yaratdığı «yeni alətə» bir saat efir vaxtı həsr edildi. Lap bu yaxınlarda isə “bütöv Azərbaycan xəritəsi” şəklində gitara düzəldən bir gənc “ixtiraçıdan” kanalların birində xeyli danışdılar. Həmin gənc kitaranın çanağında Göyçəylə Zəngəzuru Azərbaycana birləşdirmişdi.

Qədim Romanın özgə torpaqlarını işğal elədiyi min illik dövrdə musiqi alətlərinin sayı üçdən o yana keçməmişdi. Arfa, kifara, fleyta…

***

Bir vaxtlar Bakıda ev alqı-satqısındakı sövdələşmələrdə «erməni təmiri» yaxşı mənada xüsusi amil idi. Zərgərlərdən biri danışırmış ki, indi erməni zərgərlərinin əl işlərinə təlabat daha çox.

Həə, belə təmiz işlər görən xalq üçün tarixi də saxtalaşdırmadığına dünyanı inandırmaq daha asandı.

***

Adamı dünyayla ayaqlaşmağa da qoymurlar. “Keçəllərimizin” qeyrət, əqidə haqqında saxta təsəvvürləri külək əsən tərəfə əyilməyi qəbul eləmir – hətta zamanın də küləyinə əyilmək olmaz.

Zamanın küləyini o, ancaq «yel buraxanda» hiss eləyirik...

***

Hər yerdə tıxac… Yollarda tıxac, həbsxana kameralarında tıxac, mühacirət növbələrində tıxac, Rusiya bazarlarında tıxac, Həcc ziyarətində tıxac, partiyalaşmada tıxac, şou-biznesdə tıxac…

Dil-əlifba tıxacı da bu yandan. Gənclərimizin danışığında bir cümlə üç dilin (azərbaycan, rus, ingilis) sözlərindən ibarət, yaşlı nəslimizsə «YEK»ə ərizəni iki əlifbada yazmaqda.

İnformasiya tıxacı isə.. Məsələn, bir partiyanın parçalanması «hadisəsi» cəmiyyətçün bir qırıq metro jetonu qədər dəyəri olmadığı halda informasiya olaraq həyatımızı iki həftə doldurdu… Vay dədəə, sakit oturduğun yerdə fit və pıqqıltı səsi eşidirsən, mətbəxə keçib görürsən ki, qaynayan çaydan imiş.

***

Cəlilabadda şahmatdan dərs deyən Qasid Nağıoğlu deyirdi: «Ziyalı yazıq neyləsin?! O gün səkiylə qoyun sürüsü aparan bir kişi uzaqdan üstümə qışqırır ki müəllim, çəkil qoyunlara yol ver».

***

Dinlər deyir ki, hamı xeyirxah olsaydı hamı xoşbəxt olardı. Sosialistlər deyir ki, hamı xoşbəxt olsaydı hamı xeyirxah olardı.

Hərçənd elə məkan və zaman məqamı da var ki, hamı bir-birindən yalnız təhlükə və ziyan gözləyir. Necə ki, bu saat biz öz vətənimizdə bir-birimizdən qorxa-qorxa, bir-birimizdən qoruna-qoruna yaşamaqda. Hər an qorxu və həyacan içində ki, üstündən heroin tapılacaq... Metroda bir əlimiz cibimizin üstündə həyacan və qorxu içində ki, oğurlayacaqlar... Küçədən keçəndə qorxu və təlaş içində ki, sırtıq dilənçilər cumacaq üstünə və adamı utandıracaqlar...

Telefonla qorxa-qorxa danışırsan ki, qulaq asacaqlar, qorxa-qorxa şikayət eləyirsən ki, qulaq asmayacaqlar.

«Göynən getməyə» qorxursan ki, çəkisizlikdə, yernən getməyə qorxursan ki,
Şerif. Dar düşüncə

Şerif. Dar düşüncə

çəkidə aldadacaqlar.

Qorxu nevrozu vəziyyətində bu ölkənin qadınından saatı, kişisindən axtardığın ünvanı soruşmaq da qorxulu – adamı ayıb yerlərə göndərə bilərlər.

***

Azərbaycanın girişində gözəgörünməz hərflərlə bir şüar asılmış: «Sakit, inqilab gedir!».


***

Bax da, neftin tükənəcəyini dərk eləyən Qərb yeni enerji mənbələri axtarmaqda – «kerogen» alınması üçün texnologiyalar üzərində işləməkdə, mikrodalğalı şüalar vasitəsilə kosmosdan günəş enerjisinin ötürülməsinə çalışmaqda...

BELİNİ işə salıb neft quyusu qazmağa və uşaq əkməyə məşğul müsəlman Məlikməmmədstanı isə qırx arşın neft quyusunun dibində arxayıncasına mürgü döyür.

İndi gör İran məmurlarından biri nə deyir: «Amerika İrana bata bilməz, çünki səbrsizdi, biz isə min illərdi xalça toxumaqla məşğuluq». Deyir də… Fakt isə ortada – bizim də öyündüyümüz Təbriz xalçaları uçmadı axı.

***

Qayıdış fəlsəfəsinə bağlılığımızı heç cür anlamaq olmur.

Çıxıb gedən «yar»a üz tutub «qayit» yalvarışlarıyla məşğul ədəbiyyatımız… Ən azı, meyidimizin ata yurduna qaytarılmasında israrlı yurdçuluğumuz… Doğulan gündən adamı ana və vətən borcunu qaytarmağa təhrik eləyən təhsilimiz…

Gələcəyə yönəlik düşüncələrimiz də «hara gedək?» sualı ətrafında yox, «hara qayıdaq?» tərəddüdləri arasında. Camaatımızın 60 faizində sovet dövrünün, 20 faizində çox uzaqlarda qalmış milli ənənələrin nostaljisi.

Belə olmaz e... Axı dünyanın fanilik qanuna da görə insanlar «gəldi-gedər»dirlər, «getdi-gələr» yox.

***

Xeyirlə Şərin mübarizəsindəki nəticə…Və bütün xalqların pafosunda xeyirin qələbə çalması. Bu qarşıdurmanın hesabı təsadüfən təkcə rus dilində dəqiq ifadə olunmuş: «Dobro pobejdaet zlo». Nədən ki, bu ikibaşlı cümlədə mübtədanın harda olduğu aydın olmadığından kimin kimə qalib gəlməsi də naməlum.

***

İndiki vəziyyəti həm də ekzistensial vakuum hesab eləmək mümkün. Heyvanlardan fərqli olaraq instinktlər Azərbaycan insanına diktə eləmir ki, ona nə lazımdı. Keçmiş zamanlardan fərqli olaraq ənənələr də diktə eləmir ki, o nə etməyə borcludu. Nə lazım olduğunu və nə etməli olduğunu bilmədiyindən Azərbaycan insanı bu barədəki təsəvvürünü də itirmiş ki, o nə istəyir. Nəticədə o ya başqalarının istədiyini istəyir (konformizm), ya da başqalarının ondan istədiyini eləyir (totalitarizm).

Qafqazinfo

Həmçinin oxu
Salam Sarvan. Keçəl Həsən və Həsən Keçəl (birinci yazı)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG