Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:50
Iranın əxlaq polisi Barbie gəlinciyinin satışını qadağan edir.
Dükan sahibləri Reutersə deyiblər ki, polisin fikrincə, Barbie kuklası islam dəyərlərini aşındırır.

Əslində İranın dini liderləri Barbieni hələ 1996-cı ildə anti-islam oyuncağı elan ediblər.
Ancaq bundan sonra da Barbie İranda sərbəst satılırdı.

Barbini satışı ilə polisin mübarizəsi 3 həftə bundan qabaq başlandı. Onda dükan sahiblərinə bildirdilər ki, Barbieləri satışdan yığışdırsınlar.

Bundan sonra da dükanlarda Barbieləri o biri oyuncaqların arxasında gizlədirdilər ki, gözə çox dəyməsinlər.

Bazar ertəsindən isə polis dükanlara gəlib, Barbielərin olub-olmadığına nəzarət edir.

Barbie kuklalarını düzəldən ABŞ-ın Mattel şirkəti 2002-ci ildə İranın tələblərinə güzəştə gedərək İranda qadınların geyimlərinə qoyulan tələblərə cavab verən Sara kuklasını düzəltmişdi.

Sara hətta İranda rəsmi xeyir-dua almışdı.


Müsəlman ölkələrinin bazarlıarında Barbini əvəz edən Fulla gəlinciyi

Müsəlman ölkələrinin bazarlıarında Barbini əvəz edən Fulla gəlinciyi

Bəs İran Barbienin oyuncaq bazarında yerini nə ilə dolduracaq?

İran hazırda öz yeni oyuncağını buraxmağa başlayıb.

Bu, İranın bu yaxınlarda vurduğu Amerikanın pilotsuz təyyarəsinin modelidir.

İran bu oyuncağın kütləvi istehsalına başlayıb.

Barbie 1959-cu ildən buraxılır. İndiyə kimi 150-dən çox ölkədə ümumilikdə 1 milyarddan çox Barbie satılıb.

Mattel şirkətinin məlumatına görə, dünyada Barbie kuklasını yığan 100 min kolleksioner var.
Onların hər biri ildə orta hesabla 12 kukla alır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG