Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:25

ABŞ Qazaxıstandakı seçkini beynəlxalq standartlara uyğun gəlmədiyini bəyan etdi


ABŞ bildirib ki, Qazaxıstandakı parlament seçkiləri beynəlxalq standartlara uyğun gəlməyib.

ABŞ Dövlət Departamenti ATƏT-in seçki ilə bağlı açıqlamasından sonra yazılı bəyanat verib.

ATƏT bildirib ki, Qazaxıstandakı parlament seçkiləri fundamental demokratik prinsiplərə uyğun olmayıb və müxalifət partiyaları seçki marafonundan kənarda olub.

ABŞ Dövlət Departamenti Qazaxıstan hökumətin seçkini şəffaflığına, siyasi plüarizmə çağırıb.

Qazaxıstan Mərkəzi Seçki Komissiyası bildirir ki, yeni parlamentə 3 partiya keçib. Seçkidə səslərin 80 faizini prezident Nazarbayevin rəhbərlik etdiyi Nur Otan partiyası alıb. Digər iki partiya - Ak Zhol və Kommunist Xalq partiyaları 7 faizdən artıq səs qazanıb.
XS
SM
MD
LG