Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:15

Azərbaycan orbitə 3 peyk buraxacaq


Azərbaycanın ilk telekommunikasiya peyki (Azerspace-1) oktyabrda Kuru kosmodromuna çatdırılacaq, onun buraxılışının sonrakı üç ay ərzində (2012-ci ilin sonunadək) həyata keçirilməsi planlaşdırılır. Bu barədə yanvarın 16-da Nazirlər Kabinetinin iclasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

İlk peykin 2012-ci ilin sonunda orbitə çıxarılacağı gözlənilir. "Azerspace" peykinin istehsalçısı qismində ABŞ-ın "Orbital Sciences Corporation" şirkəti çıxış edir. Peyk Malayziyanın peyk operatoru MEASAT şirkətindən icarəyə götürülən 46 dərəcə şərq uzunluğu orbital mövqeyində yerləşəcək.

Abbasovun sözlərinə görə, hazırda ikinci peykin orbitə çıxarılması ilə bağlı tədqiqat işləri başa çatır. Onun 2015-ci ildə orbitə buraxılması nəzərdə tutulur.

2013-cü ildə Yer səthinin müşahidəsi üçün kiçik peykin buraxılması nəzərdə tutulur.

Peyklərin idarə edilməsi üzrə əsas və ehtiyat mərkəzlərin tikintisi ilə bağlı işlər avqustda başa çatacaq.

Əsas idarəetmə mərkəzi Bakının Qaradağ rayonunun Güzdək qəsəbəsində, ehtiyat mərkəz isə Naxçıvan Muxtar Respublikasında yerləşəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG