Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:24

Amerikalı qadın ailəsini öldürdü


ABŞ-ın Kaliforniya ştatında gənc ana iki uşağını, ərini, baldızını öldürüb, sonra da intihar edib. Cinayət hadisəsinin baş verməsindən bir neçə saat əvvəl isə o, öz iPad-ı ilə özünü çəkib.

Polis bildirib ki, 23 yaşlı Aida Mandela narkotik vasitə qəbul edərkən özünü lentə alıb.

Hüquq-mühafizə orqanlarından mediaya bildirilib ki, uşaqlardan birinin yaş yarım, o birisinin 3 yaşı olub. Aidanın əri isə 33 yaşındaymış.

Polis hələlik qadının faciəvi hadisəni narkotik vasitənin təsiri altında etdiyini düşünür.

Qətl və intiharla bağlı araşdırmalar davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG