Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 22:53

Azərbaycana qarşı kiber-müharibə, Lalə Şövkətlə müsahibə...


Mətbuat icmalı
Mətbuat icmalı
-
«ƏSL ZİYALI BU HAKİMİYYƏTƏ YALNIZ MÜXALİF OLA BİLƏR»

Liberal Partiyasının lideri Lalə Şövkət ilə müsahibə «Azadlıq» qəzetində bu başlıq altında dərc olunub. Lalə Şövkət deyib ki, «İqtidar tərəfindən ziyalılara qarşı təşkil olunmuş yazıları, belə kampaniyaları mən bu iqtidar üçün, təəssüf ki, təbii hərəkət hesab edirəm. Biz belə kampaniyaları çox görmüşük və yaşamışıq. Bu, həqiqəti deyən ləyaqət adamlarına hakimiyyətin ənənəvi reaksiyasıdır, diktatura və avtoritar rejimlərin dəst-xəttidir. Əsl ziyalı bu hakimiyyətə yalnız müxalif ola bilər. Ona görə ki, əsl ziyalı millətin dərdi ilə yaşayır, hakimiyyətin rüşvəti ilə yox…».

«2011-Cİ İLDƏ ÖLKƏMİZİN UĞURLU İNKİŞAFI DAVAM ETMİŞDİR»

«Yeni Azərbaycan» qəzeti prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı çıxışını dərc edib. Prezident bildirib ki, «biz bazar iqtisadiyyatı prinsiplərinə sadiqik, bu prinsipləri rəhbər tuturuq. Eyni zamanda, biz sosial siyasətdə də çox uğurla addımlar atırıq və sosialyönümlü dövlətin yaradılması istiqamətində çox böyük uğurlara nail olmuşuq…».

AZƏRBAYCANA QARŞI KİBER-MÜHARİBƏ

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz «Bizim Yol» qəzetinə deyib ki, yanvarın 16-da dövlət saytlarına olan hücumun hansı səbəbdən yaranması politoloji araşdırma tələb edir: «Ancaq hadisə ondan ibarətdir ki, Azərbaycana qarşı «kiber-müharibə» elan olunub. Bunu açıq şəkildə deyir və hökumətin də nəzərinə çatdırıram ki, internet fəlsəfəsinə görə, son hadisə ölkəmizə qarşı müharibədir, bunun başqa adı yoxdur…».

«AVROPAYA İNTEQRASİYA AZƏRBAYCANIN KÖNÜLLÜ SEÇDİYİ YOLDUR»

«Azərbaycan» qəzeti yazır: «Artıq ölkəmizin Qərb sivilizasiyasının tərkib hissəsi olduğuna heç kim şübhə etmir. Müstəqilliyini qazandığı gündən Azərbaycanın məqsədi dünyaya inteqrasiya, Qərb sivilizasiyasını cəmiyyətdə tətbiq etmək, eyni zamanda, öz dəyərlərini uca tutmaqla inkişaf etmiş güclü dövlətlərdən birinə çevrilmək idi. Çox keçmədən siyasi, iqtisadi və sosial məsələlərin, yürüdülən siyasi xəttin və xarici siyasətin düzgün aparılması ölkəmizə beynəlxalq aləmin inamını artırdı…».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG