Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:49

İlham Əliyev 2011-ci ilin iqtisadi yekunlarını elan edib


Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilib.

İlham Əliyev bildirib ki, 2011-ci ildə iqtisadiyyatda ümumi artım 0,1 faiz, qeyri-neft sektorunda 9,4 faiz olub.
Ölkədə qeyri-neft sənayesinin çəkisi 11,1 faiz artıb.
İnflyasiya birrəqəmli səviyyədə qalıb, əhalinin pul gəlirləri 19,6 faiz yüksəlib.
2011-ci ildə investisiya qoyuluşunda rekord əldə olunub və bu rəqəm 20 milyard dollar təşkil edib.
Onun 13 milyard dolları daxili, 7 milyard dolları isə xarici sərmayədir.
Ümumilikdə isə son 2 ildə Azərbaycana 37 milyard dollar sərmayə qoyulub.
Valyuta ehtiyatları ilk dəfə olaraq 40 milyard dolları keçib.
Keçən ildə maaşlar, pensiyalar artırılıb, ünvanlı sosial yardım alan ailələrin sayı 120 minə çatıb.

Azərbaycan prezidenti deyib ki, ötən il 94 min yeni iş yeri açılıb ki, onlardan 73 mini daimidir.
İşsizliyin səviyyəsi 2011-ci ildə 5,4 faizə, yoxsulluğun səviyyəsi isə 7,6 faizə düşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG