Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:18

“Qizil qlobus” mükafatı “Margaret Thatcher” rolunun ifaçısına çatdı



"Dəmir ledi" filminin treyleri


Ən yaxşı rejissor işinə görə “Qızıl qlobus” mükafatı məşhur Amerika kinorejissoru Martin Skorsezeyə verildi.

O, “Hüqo” filminə görə mükafatlandırılıb.

“Ən yaxşı komediya, yaxud müzikl” nominasiyasında mükafata fransız rejissoru Mişel Xazanaviçusun ağ-qara “Artıst” filmi layiq görülüb.

Onun filmi 1920-ci illərin səssiz kino ulduzunun keşməkeşli taleyindən bəhs edir.

Ən yaxşı kişi roluna görə Corc Kluni (“Xələflər” filmi), ən yaxşı qadın roluna görə isə Meril Strip (Britaniyanın keçmiş baş naziri Margaret Thatcher haqda “Dəmir ledi” filmi) mükafatlandırılıblar.

Digər nominasiyalarda mükafatçılar arasında aktrisa Keyt Uinslet, rejissor Stiven Spilberq də var.

“Qızıl qlobus” ümumilikdə kino və TV sahələrini əhatə edən 25 nominasiyada təqdim edilir. Mükafatı Hollivudda akkreditə olunmuş xarici jurnalistlərin birliyi təsis edib.
XS
SM
MD
LG