Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:46

Vəkil Naxçıvandakı məhbus cəbhəçi ilə görüşüb [VİDEO]


Yanvarın 16-da vəkil Əsabəli Mustafayev Naxçıvanda həbs olunmuş AXCP fəalı Zeynal Bağırzadə ilə görüşüb. Vəkil AzadlıqRadiosuna bildirib ki, təqsirləndirilən şəxs barəsində çıxarılmış həbs-qətimkan tədbiri qərarının dəyişdirilməsi barədə vəsatət verəcək:

“Zeynal Bağırzadənin və onun vəkilinin iştirakı ilə müəyyən istintaq hərəkətləri keçirildi və orda iştirak etdik. İstintaq hələ davam edir”.

Bir müddət əvvəl Yaşar Bağırsoy qardaşı Zeynal Bağırzadəyə işgəncə verildiyini bildirmişdi. Vəkil istintaqın başa çatmadığını əsas gətirərək bu məsələ barədə açıqlama verməkdən imtina edib.

Dekabrın 26-da AXCP fəalı Zeynal Bağırzadə Naxçıvan şəhər Məhkəməsinin hökmü ilə 3 ay həbs cəzası alıb. O, CM-nin 310 (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsə), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 178.3.2 (dələduzluqla külli miqdarda ziyan vurma) maddələri ilə ittiham olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG