Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:15

ABŞ-da «Facebook» vasitəsiylə ən çox paylaşılan xəbərlər


Yaponiya. Sunamidən sonra

Yaponiya. Sunamidən sonra

«Facebook» Amerika Birləşmiş Ştatlarında 2011-ci ildə ən çox paylaşılan məqalələrin siyahısını açıqlayıb. Siyahıda il ərzində müxtəlif media orqanlarının «Facebook»-da ən çox paylaşılan 40 materialın ardıcıllığı verilib. Birinci yerdə Yaponiyanın sunamidən əvvəl və sonra peyk vasitəsilə çəkilmiş şəkilləri barədə New York Times-da yayımlanan xəbər durur.

Siyahıdan məlum olur ki, «Facebook» istifadəçilərində heç də həmişə xəbər məzmunlu yazılar maraq doğurmur. Məsələn uşaq tərbiyəsi və Astrologiya səpgili yazıların paylaşması statistikası diqqəti cəlb edir. Çünki ikinci və üçüncü yeri CNN-də yer almış «Müəllimlər valideynlərə həqiqətən nə demək istəyirlər» və «Xeyr, sizin zodiak işarəniz dəyişməyib» məqalələri tutub.

Apple yaradıcısı Steve Jobsun fəaliyyəti barədə yazılan materiallar da ölümü haqda xəbəri qabaqlayıb. Bunlardan ən çox yayılanı New York Times-da yayımlanmış «Steve Jobsun patentləri» məqaləsi olub.

Hazırladı: Rəna Allahverdiyeva
XS
SM
MD
LG