Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:46
«Facebook»-un texniki servis departamentinin rəhbəri Artur Behar, ictimaiyyətlə əlaqələr departamentinin şefi Barri Şnitt və texniki dəstək şöbəsinin rəhbəri Qreqq Stefançik «USA Today»-ə verdikləri müsahibədə deyiblər ki, sosial şəbəkəyə yeni qoşulanlar, hesablarından aktiv istifadə edənlər, hesablarını qapadanlar və ya hesabı olsa da,

«Facebook»-da fəal olmayanlar fərqli şəkildə izlənirlər.

«Facebook» təmsilçilərinin dediklərinə görə, istənilən istifadəçi və ya internetdə «gəzişən» şəxs «Facebook»-un səhifəsinə daxil olan kimi onun adına xüsusi «cookie» faylı açılır. Həmin şəxs «Facebook»-da qeydiyyatda keçəndən sonra o adamın adına xüsusi «arxiv» yaradılır, internetdəki bütün fəaliyyəti və «Facebook»-dakı əməlləri bir-bir, bütün təfərrüatlarıyla həmin arxivə yığılır.

Həmin «cookie»lər «Facebook»-la hər hansı formada əlaqəsi olan sayta girən adamın davranışını xronoloji ardıcıllıqla qeyd edir.
«Facebook»-da hesabı olan şəxslər isə bir yazını yazıb pozsalar və ya fotoşəklini yerləşdirib sonradan silsələr belə, pozulan və ya yazılan məlumat 3 il ərzində «Facebook» serverlərində saxlanılır. Hər hansı şəxs «Facebook»-dakı hesabını ləğv etsə belə, servis onu 4 il izləməyə davam edir. «Facebook» mənsublarının dediklərinə görə, bütün bunlar sosial şəbəkədə təhlükəsizliyi artırmaq, reklamları daha effektiv etmək, saxta hesablarıın yaradılmasının qarşısını almaq üçündür.

Hazırladı: Rəna Allahverdiyeva
XS
SM
MD
LG