Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 01:44

"Ədirnə" gəmisində partlayışda azərbaycanlı kapitan itkin düşüb


Azərbaycan Dövlət Dəniz Administrasiyası (ARDDA) Albaniyanın Dürres limanı yaxınlığında heyət üzvləri arasında 4 azərbaycanlının da olduğu gəmidə baş vermiş partlayışla bağlı məlumat yayıb.

Administrasiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 15-dən 16-na keçən gecə Dürres limanı yaxınlığında lövbər dayanacağında yüksüz lövbərdə dayanmış Türkiyənin «Saycı Denizçilik» şirkətinə məxsus “Ədirnə” tankerində partlayış baş verib.

Gəmidə olan 15 heyət üzvündən 6-sı Gürcüstan, 4-ü Azərbaycan, 3-ü Türkiyə, 2-si isə Ukrayna vətəndaşı olub.

Heyət üzvlərindən 12 nəfər xilas edilərək Dürresdə xəstəxanaya yerləşdirilib. Gəmi heyətindən 3 nəfər – Xəyyam Məmmədov (gəminin kapitanı, azərbaycanlı), Melkaz Laziaşvili (bosman, gürcüstanlı), Beka Uruşadze (matros, gürcüstanlı) isə tapılmayıb. Hazırda gəminin partlama səbəbləri araşdırılır.

«Ədirnə» gəmisinin uzunluğu 92, eni 14 metr, yükgötürmə qabiliyyəti 3850 tondur. Gəmi 1980-ci ildə inşa edilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG