Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:01

Qazaxıstandakı seçki demokratik olmayıb


Qazaxıstanda keçirilən parlament seçkiləri demokratik prinsiplərə cavab vermir və hakimiyyətin nəzarəti altında keçirilib.

Bu bəyanatla bu gün Astanada keçirilən mətbuat konfransında ATƏT-in müşahidəçilər missiyası çıxış edib.

MDB müşahidəçiləri Qazaxıstandakı seçkilərin demokratik keçirildiyin bildirib.
Müxalifət isə bildirir ki, seçki qanun pozuntuları ilə keçib. Parlamentdə düşməyən Ümummilli Sosial-Demokrat Partiyası yanvarın 17-də Alma-Atıda etiraz aksiyası keçirəcəyini bildirib.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bazar günü keçirilmiş seçkilərdə prezidentin Nur Oton partiyası səslərin 80 faizdən çoxunu yığıb. AK Zhol və Kommunist partiyaları isə hərəsi 7 faizdən bir az çox səs yığıb.
XS
SM
MD
LG