Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:39

Əfqanıstan prezidenti gözləri çıxarılan, qulaqları kəsilən qadınların şəkillərini nümayiş etdirib


Əfqanıstan prezidenti Həmid Kərzai qadınlara qarşı zorakılığı pisləyən çıxış edib. Ölkə başçısı bu məsələ ilə bağlı milli konfrans çağırılmasını istəyib.

Prezidentlə yanaşı, dini liderlər də bu məsələnin vacibliyindən danışıblar. Əfqanıstan Üləma Şurasının başçısı Kiamuddin Kaşaf bildirib ki, qadınlara zorakılıq edən insanlar İslam qanunlarını pozmuş olurlar. O, hakimiyyəti bu cür insanları ciddi cəzalandırmağa çağırıb.

Parlament üzvləri, dini xadimlər və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak etdiyi toplantıda prezident Kərzai qadınlara qarşı zorakılığa qarşı yönələn dini maarifləndirmə işləri aparmasını tapşırıb. Prezident toplantı iştirakçıların qulaqları kəsilən, gözləri çıxarılan qdın çəkikllərni inümayiş etdirib.

“Qadının hüquqlarını pozanlar – İslamın düşmənləridir” deyən Kərzai bildirib ki, son vaxtlar Əfqanıstanda qadınlara qarşı baş verən bəzi hadisələr bütün dünya ictimaiyyətini çalxalayıb. O, İslamda qadın hüquqlarına münasibətə dair geniş miqyaslı, ümummilli səviyyədə konfrans təşkil olunması haqda göstəriş verib.

Şərhləri göstər

XS
SM
MD
LG