Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:31

Albaniya sahillərində tanker batıb, Azərbaycan vətəndaşı həlak olub


Aralıq dənizində - Albaniyanın Dürres şəhəri yaxınlığında Türkiyəyə məxsus tanker batıb.

Gəmidə olan 15 heyət üzvündən 3-ü ölüb, 12 nəfər isə yaralanıb.

Gəmi heyəti üzvlərindən 3-ü Türkiyə, 6-sı Gürcüstan, 4-ü Azərbaycan və 2-si Ukrayna vətəndaşları olub.

Ölənlərdən birinin Azərbaycan, ikisinin isə Gürcüstan vətəndaşı olduğu bildirilir.

İlkin ehtimala görə, qəzaya səbəb yanacaq dolu gəmidə qaz sıxılması nəticəsində partlayışın baş verməsidir. /apa/

Günün bütün mövzuları

XS
SM
MD
LG