Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:25

Çingiz Abdullayev pirat kitabları imzalamaqdan imtina etdi (VİDEO)


"Belə kitabların çapı məni təhqir etməkdir". Tanınmış detektiv yazarının imza günü...

.
Yanvarın 15-də tanınmış detektiv yazarı Çingiz Abdullayevin imza günü keçirildi.

"Park Bulvar"da baş tutan tədbir "Əli və Nino" kitab evi və "Qanun" nəşriyyatının birgə təşkilatçılığı ilə keçirilib.

Yazıçı Azərbaycan dilində nəşr olunan kitablarını oxucuları üçün imzalayıb.

Rusdilli yazıçının daha 2 kitabı Azərbaycan dilinə çevrilməklə bu günlərdə işıq üzü görüb.

Oxucuların imza üçün təqdim etdiyi kitablar içində pirat versiyalara da rast gəlinib və Çingiz Abdullayev bu cür kitabları imzalamaqdan imtina etməklə yanaşı oxuculara belə kitabları almamağı da tövsiyə edib.

"Qanun" nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu imza günü ilə bağlı "Oxu zalı"na bildirib ki, onlar Çingiz Abdullayevin 150 kitabını Azərbaycan dilində nəşr edəcəklər.

Xatırladaq ki, sözügedən tədbir “Qanun” nəşriyyatı və “Əli və Nino” kitab evinin təşkilatçılığı ilə Çingiz Abdullayevin beşinci imza günüdür.

Cavid ZEYNALLI

Günün bütün mövzuları

XS
SM
MD
LG