Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:50

İraqın Ramadi şəhərində 7 polis öldürülüb


İraqın qərbindəki Ramadi şəhərində yaraqlıların yerli polis idarəsinə hücumu nəticəsində azı 7 polis ölüb, 16-sı isə yaralanıb.

Şəhərin mərkəzində 3 minalanmış maşın partladılıb.

Bunun ardınca isə polis idarəsinin qarşısında 4-cü maşın partladılıb və bundan sonra binaya daxil olan 2 intiharçı özlərini içəridə partladıblar.

Partlayışlardan sonra yaraqlılar binaya hücum ediblər.

Atışma zamanı həmçinin 6 yaraqlı öldürülüb.

Təhlükəsizlik qüvvələri binanı tam nəzarətə götürüblər.

Məlumatlara görə, bu binadakı həbsxanada Əl Qaida ilə əlbir olan yaraqlılar saxlanılır.
XS
SM
MD
LG