Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:20
Vəkil Əsabəli Mustafayev AzadlıqRadiosuna bilidirb ki, Sumqayıt şəhər polis idarəsinin 4-cü bölməsində saxlanılanlar haqqında protokol tərtib edilib.

Saxlanılanlardan yanvarın 16-sı saat 9-da polis bölməsində olmalarıyla bağlı iltizam alındıqdan sonra sərbəst buraxılıblar.

***
Yanvarın 15-də AXCP sədrinin müavini Asəf Quliyev və daha 4 nəfər Ümid Partiyasının Sumqayıt şəhərindəki qərargahında partiyanın Sumqayıt və Qubadlı şöbələrinin 20 Yanvarla bağlı keçirdiyi tədbir zamanı polis müdaxiləsinə məruz qalıb.
Bu haqda AzadlıqRadiosuna AXCP Sumqayıt şəhər şöbəsinin Mahir Qulubəyli məlumat verib. Onun sözlərinə görə, hələ saat 12.00-dən tədbirin keçiriləcəyi yer polis nəzarətinə götürülmüşdü. “Tədbir başlayan kimi saat 17.00-da polislər qərargaha hücum elədilər. İçəridəki qovub çıxartdılar. Asəf Quliyev bunun səbəbini soruşanda onu vurdular. Cəbhəçilər Asəf Quliyevin müdafiəsinə qalxanda onları da döydülər”.
Mahir Qulubəylinin sözlərinə görə, bundan sonra polis AXCP sədrinin müavini Asəf Quliyevi, partiyanın gənclər komitəsinin sədri Əbülfəz Qurbanlını, partiya fəalları Elçin Həsənovu, Gəncləri Hüquqi Maarifləndirmə Cəmiyyətinin rəhbəri Elçin Məmmədlini və Ağaşirin Tanrıverdioğlunu 4-cü polis bölməsinə aparıb.
Sumqayıt şəhər polis idarəsinin 4-cü bölməsindən baş verənlərlə bağlı hər hansı məlumat verə bilməyəcəklərini bildirdilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG