Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:44

Moldovada prezident seçkisinin qaydası dəyişə bilər


Moldovada prezidentin seçilməsi qaydasının dəyişdirilməsilə bağlı referendum keçiriləcək.

Bunu bazar günü keçirilmiş brifinqdə hakim kolaisiyaya daxil olan partiyaların liderləri bəyan ediblər.

Hakim Kolaisiyaya Demokrat, Liberal və Liberal-demokrat partiyaları daxildir.

Liberal-demokratların lideri, baş nazir Vlad Filat bildirib ki, referendum apreldən geç olmamalıdır.

Moldovanın Konstitusiya məhkəməsi cümə axşamı dekabrın 16-da parlamentdə keçirilmiş növbəti prezident seçkisini baş tutmamış elan edib, yanvarın 15-nə təyin edilmiş ikinci mərhələni isə ləğv edib.

Məhkəmə parlamentə 3 gün ərzində növbəti addım barədə qərar qəbul etməyi göstəriş
verib.

Moldova parlamenti 2 ildən çoxdur ki, yeni prezidenti seçə bilmir.
XS
SM
MD
LG