Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:18

İtaliyada batmış gəmidən daha 1 sağ adam çıxarılıb


Costa Concordia gəmisi

Costa Concordia gəmisi

Bazar günü İtaliya sahillərində batmış səyahət gəmisindən daha bir yaralı çıxarılıb.

O heyət üzvüdür.

Bundan bir az əvvəl isə Cənubi Koreyadan olan ər-arvat xilas edilib.

Dalğıclar onları gəminin alt qatlarındakı otaqlardan birində aşkar ediblər.

Onlar kömək diləyirmişlər.

Axtarış əməliyyatları davam etdirilir.

Hələ də 40-a yaxın adamın taleyi bəlli deyil.

Hələlik indiyədək 3 nəfərin öldüyü, 80 nəfərinsə yaralandığı təsdiqlənib.

Cümə günü axşam Cilio adasının yaxınlığında sualtı qayalara dəyərək batmış Costa Concordia gəmisində 4300-dək adam olub.

Gəminin kapitanı şənbə günü ifadə verərkən gəminin dəydiyi sualtı qayaların xəritədə göstərilmədiyini deyib.
İstintaq davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG