Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:47

Ermənistanın «Eurovision 2012»da iştirakı dəqiqləşməyib


Arxiv foto
Arxiv foto
Ermənistanın mayın 22-26-da Bakıda keçiriləcək «Eurovision 2012» Mahnı Müsabiqəsində iştirak edib-etməyəcəyi yaxın günlərdə məlum olacaq. Bu haqda News.am agentliyinə Ermənistan Eurovision nümayəndə heyətinin rəhbəri Gohar Gasparyan deyib.
Mediamax agentliyinə müsahibəsində «Eurovison» təşkilatçılarından biri- Sietse Bakker Ermənistan İctimai Televiziyasının Avropa Yayım Birliyinə Ermənistan nümayəndə heyətinin təhlükəsizliyi ilə bağlı müraciət etmədiyini bildirib:

«Biz keçən ildən Ermənistanın İctimai Televiziyası ilə «Eurovision 2012»də iştirak edib-etməyəcəyi ilə bağlı danışılar aparırıq. Ermənistanın iştirakını nə təsdiq, nə də təkzib edə bilərik. İştirakçıların tam siyahısını gələn həftə dərc edəcəyik. Biz ayrı-ayrı ölkələrin iştirakını şərh etmirik».
Goar Gasparyan isə deyib ki, Ermənistan nümayəndə heyətinin təhlükəsizliyi ilə Avropa Yayım Birliyi arasında danışıqlar həm yazılı, həm də şifahi şəkildə davam edir: «Biz nə haqda danışılar apardığımızı özümüz bilirik. Biz öz problemlərimiz haqqında bilirik, neyləcəyimizi də özümüz bilirik. Bu bizim vəzifəmizdir. Həm də spesifik yanaşma tələb edir».
XS
SM
MD
LG