Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:32

Çin ABŞ-ın xarici şirkətlərə qarşı sanksiya tətbiq etməsini pisləyib


Çin Birləşmiş Ştatların İranda neft məhsullarının idxalıyla məşğul olan dövlət şirkətlərinə qarşı sanksiya tətbiq etməsini pisləyib.

Vaşinqton bu həftə Çinin Juhay Jenron “Zhuhai Zhenrong” şirkətini ABŞ-da fəaliyyəti qadağan edilən müəssisələr siyahısına salıb.

Birləşmiş Ştatların məlumatına görə bu şirkət 2010-cu ildə İrana 500 milyon dollarlıq benzin aparıb.

Çin xarici işlər nazirliyinin yaydığı bəyanatda bundan dərin təəssüf, narazılıq bildirilir və qeyd olunur ki, Çinin digər ölkələrlə olduğu kimi İranla da eyni ticarət əlaqələri var.
XS
SM
MD
LG