Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:36

İtaliyada batmış gəmidən sağ qalmış iki adam çıxarılıb


İtaliya sahillərində batmış səyahət gəmisindən 2 nəfər xilas edib.

Dalğıclar gəminin otaqlarını yoxlayarkən kömək diləyən səs eşidiblər və gəminin aşağı qatlarındakı otaqlardan birində sağ qalmış kişi və qadın aşkar ediblər.

Axtarış əməliyyatları davam etdirilir.

Hələ də 40-a yaxın adamın taleyi bəlli deyil.

Hələlik indiyədək 3 nəfərin öldüyü, 80 nəfərinsə yaralandığı təsdiqlənib.

Cilio adasının yaxınlığında sualtı qayalara dəyərək batmış Costa Concordia gəmisində
4300-dək adam olub.

İtaliya polisi şənbə günü gəminin kapitanı Frank Skettinodan ifadə alıb.

Qəzanın səbəbi hələlik bəlli deyil.

Kapitan gəminin dəydiyi sualtı qayaların xəritədə göstərilmədiyini deyir.
İstintaq davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG