Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:46

BAKILILARIN HEÇ XOŞLAMADIĞIM ÜÇ SÖZÜ...


GÜNÜN GÜLMƏCƏSİ


BAKILILARIN HEÇ XOŞLAMADIĞIM ÜÇ SÖZÜ...

Bu əhvalat 60-cı illərdə Bakıda baş verib.

Bir dəfə bir kəndli Bakıda yaşayan tanışının evinə qonaq gəlir. Bakılı onu hörmətlə qarşılayır, yedirir-içirir, şəhəri gəzdirir. Ayrılarkən kəndlidən soruşur:

--Hə, necədir, Bakını bəyəndin?

Kəndli deyir:

--Bəyənməyinə bəyəndim, Bakı söylənilən kimi gözəl şəhərdir. Amma bakılıların 3 sözündən heç xoşlanmadım.

Bakılı təəccüblə deyir:

--HƏRİ?!

Kəndli gülümsünüb deyir:

--Elə bəyənmədiyim sözün biri budur!

Bakılı heyrətlə deyir:

--NÖŞÜN?

Kəndli həmən deyir:

--İkincisi budur!

Bakılı dəhşətə gəlir. Başını tutub qışqırır:

--VAXSEY!!!

Kəndli sakitcə deyir:

--Bax, elə üçüncüsü də budur!
XS
SM
MD
LG