Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 02:41

Qazaxstanda parlament seçkisində pozuntular olduğu bildirilir


Qazaxıstanda keçirilən parlament seçkisində pozuntular olmasıyla bağlı ilkin məlumatlar gəlir.

İnterfaks agentliyinin yerli fəallara istinadla verdiyi məlumata görə, seçki məntəqələrindən birində özgə admalr peyda olub.

Həmçinin hakimiyyət müxalifət qəzetlərinin əməkdaşlarını bu yaxınlarda hərc-mərclik baş vermiş Janaozen şəhərinə buraxmayıb.

Dekabr hadisələrindən sonra fövqəladə vəziyyət rejimi tətbiq edilmiş şəhərə beynəlxalq müşahidəçilər gəlib.

Mərkəzi seçki komissiyasının məlumatına görə şəhərdə səsvermə bütün respublikada olduğu kimi sakit tərzdə keçir.

Seçkidə prezident Nursultan Nazarbaevin hakim Nur Otan pariyası da daxil olmaqla 7 partiya mübarizə aparır.

Hakim partiyanın qalib gələcəyi gözlənilir.
XS
SM
MD
LG