Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:59

Merkel deyir ki, Avropa Birliyi uzun yol qət etməlidir


Avropa Birliyi investorların etibarını bərpa etmək üçün uzun yol keçməlidir.

Bunu Almaniyanın kansleri Angela Merkel deyib.

O Standard & Poor's agentliyinin 9 avrozona ölkəsinin kredit reytinqini aşağı salmasının gözlənilən olduğunu qeyd edib.

Bu siyahıya düşən Avstriya qərardan baş açmadığını deyir.

Avropa Komissiyasının üzvü Olli Rein isə qərarın düzgün olmadığını, Avropa Birliyinin borc böhranıyla bağlı qəti tədbirlər gördüyünü deyib.

Agentlik cümə günü bəzi avrozona ölkələrinin kredit reytinqini aşağı salıb.

Analitiklərin diqqəti daha çox Fransanın suveren reytinqinin 1 pillə geriləməsinə yönəlib.
İtaliya,İspaniya, Portuqaliya və Kiprin reytinqləri isə 2 pillə düşüb.

Amma Almaniyanın reytinqi əvvəlki kimi yuxarıdır.

Agentlik Avropa Birliyinin tətbiq etdiyi iqtisadi tədbirlərin yetərincə olmadığını deyir.
XS
SM
MD
LG